AZ

Tarixi şəhər qarışdı: PKK çılar azərbaycanlı sənətçiyə hücum etdilər Nələr baş verir?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Güney Azərbaycanın Urmiya şəhərində “Traktor” futbol komandasının çempionluğu münasibətilə keçirilən bayram tədbirləri qanlı insidentlə nəticələnib. İddialara görə, kürd mənşəli qruplar azərbaycanlı azarkeşlərə hücum ediblər. Hücum zamanı bir neçə nəfər xəsarət alıb.

Globalinfo.az-a danışan güneyli politoloq Məsut Haray bildirib ki, hücumu həyata keçirənlər PKK və PJAK terror təşkilatlarına simpatiya bəsləyən kürd mənşəli şəxslərdir:

“Hadisə anını əks etdirən videoda təxribatçıların güneylilərə qarşı farsca ağır söyüşlər işlətdiyi eşidilir. Bu hücum Güney Azərbaycan türk xalqının milli birliyinə və bayram coşqusuna birbaşa təhdiddir. Bölgədəki bəzi terrora meyilli kürd silahlı qruplar Azərbaycan türklərinin yüksələn milli və mədəni şüurundan ciddi narahatlıq keçirirlər”.

Məsut Haray əlavə edib ki, hadisələr zamanı tanınmış xoylu sənətçi Puyan Yezdani də Urmiyada silahlı kürd qrupların hücumuna məruz qalıb:

“Bu hadisələrin ard-arda baş verməsi İranın Qərbi Azərbaycan əyalətində etnik gərginliyin təhlükəli həddə çatdığını göstərir”.

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, bu, Güney Azərbaycanda baş verən ilk belə hadisə deyil:

“Bir neçə ay öncə də Urmiyada kürdlərlə azərbaycanlılar arasında insident yaşanmışdı. Bu gərginliyin kökündə dayanan başlıca faktor İrandakı rejimdir. Onlar məqsədyönlü şəkildə kürdlərlə azərbaycanlıları qarşı-qarşıya gətirir. Urmiyada əsas etnik qrup azərbaycanlılar olsa da, kürdlərin nüfuzu ildən-ilə artır. Bu da təbii olaraq gərginliyi dərinləşdirir”.

Qabil Hüseynli həmçinin vurğulayıb ki, İran-Azərbaycan münasibətlərinin normallaşmağa başladığı bir dövrdə belə hadisələrin baş verməsi təəssüf doğurur.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
icma.az

1Mənbələr