AZ

"Mançester Yunayted" serbiyalı qapıçını yenidən transfer edəcək

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" klubu Serbiya millisininqapıçısı Vanya Milinkoviç-Saviçlə maraqlanır.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, artıq tərəflər arasında ilkin danışıqlarbaş tutub.

Məlumata görə, hazırda İtaliyanın “Torino” komandasında çıxışedən 28 yaşlı qolkiper 2014-2016-cı illərdə "qırmızı şeytanlar"ınformasını geyinib.

Qeyd edək ki, Vanya Milinkoviç-Saviç bu mövsüm bütün turnirlərdə36 matçda meydana çıxıb. Oyunçunun hazırkı klubu ilə müqaviləsi2026-cı ilin yayına qədərdir.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr