"Çelsi"də 2024/25 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Moyzes Kaysedo bu mövsüm "Çelsi"nin ən yaxşı oyunçusu seçilib. 23 yaşlı ekvadorlu komanda yoldaşları arasında keçirilən səsvermədə 1-ci olub.
Bu mövsüm Kaysedo 41 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Daha əvvəl "Çelsi"nin Kaysedoya yeni müqavilə təklif etməyə hazırlaşdığı bildirilirdi.