Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xalq artisti Mələkxanım Eyyubovanın bloger qızı Nəzrin Nəcəfova instaqram izləyicilərinin sualını cavablandırıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri ona "Adınızı kimi qoyub?" deyə sual ünvanlayıb.
Bloger qeyd edib ki, ona Nəzrin adını anası Mələkxanımın yaxın rəfiqəsi verib. Bu ad varlı və zadəgən xanım "Naziko"nun adından götürülüb:
"Adımı anamın ən yaxın rəfiqəsi, mənim də hələ "Ana" deyərək xitab etdiyim adam qoyub. Həmişə deyir ki, zadəgən və çox gözəl "Naziko" adlı qadın olub. Anamın rəfiqəsi də mənim adımı "Nəzrin" qoyub məni "Naziko" deyə çağırsın".

Xatırladaq ki, Nəzrin Nəcəfzadə ötən il müğənni Mərdan Kazımovla ailə qurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.