Bakı, 6 may, AZƏRTAC
Avropa İttifaqına üzv 27 ölkədən yalnız 14-ü müdafiə xərclərini artırmağa razıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.
“Avropa İttifaqına üzv 14 ölkə Brüsselin hərbi xərcləri dörd il ərzində əlavə olaraq ümumdaxili məhsulun 1,5 faizinədək artırmaq çağırışına rəsmən müsbət cavab verib”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, “The Daily Telegraph” qəzetinin yazdığına görə, Böyük Britaniya müharibəyə başlayacağı təqdirdə müdafiə planı hazırlayıb.