AZ

ADA Universitetində media nümayəndələri üçün “Data jurnalistikası” mövzusunda təlim keçirilib

ADA
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə mayın 5-6-da media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlim keçirilib. 1news.az xəbər verir ki, tədbirə Virciniya Birləşmiş Universitetinin fəxri dosenti, 20 ildən çox xəbər agentliklərində müxbir və redaktor kimi çalışmış Cef Sauz mentorluq edib.
ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva təşkil edilən proqramın əhəmiyyətindən bəhs edib. O, təlim proqramının media nümayəndələrinin bilik və bacarıqlarının inkişafına, onların müasir dövrün tələblərinə uyğunlaşmasına xidmət etdiyini vurğulayıb. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə təmsil etdiyi qurumun media sahəsində innovativ bacarıqların inkişafına göstərdiyi xüsusi diqqətdən söhbət açıb. O bildirib ki, rəqəmsal dövrdə informasiya ilə işləmək bacarığı, xüsusilə də data jurnalistikası sahəsində ixtisaslaşma medianın cəmiyyətə xidmət missiyasını daha da gücləndirir: "Bu təlim proqramı medianın faktlara əsaslanan və obyektiv informasiyanın yayılmasında daha təsirli rol oynamasına şərait yaradacaq". Cef Sauz təlim sessiyasında data jurnalistikası və onun vizuallaşdırılması, dron videoqrafiyası və digər rəqəmsal bacarıqlar üzrə media nümayəndələrinə ətraflı məlumat verib. Təlimin davamında Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova “Yerli baxışdan dataya əsaslanan jurnalistika” mövzusunda təqdimatla çıxış edərək data əsaslı xəbər istehsalının əhəmiyyəti və tətbiqi imkanları barədə danışıb. Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.
Seçilən
0
13
1news.az

10Mənbələr