BAKI, 6 may. TELEQRAF
Yunanıstana işgüzar səfəri çərçivəsində Ermənistan müdafiə naziri Suren Papikyan mayın 6-da bu ölkədən olan həmkarı Nikos Dendias ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı müdafiə sahəsində Ermənistan-Yunanıstan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi təhsil, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını vurğulayıblar.
Görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.