AZ

Ürək sağlamlığınızı qorumaq üçün vacib ADDIMLAR

Dünyada hər il milyonlarla insan ürək-damar xəstəliklərindən həyatını itirir. Mütəxəssislər ürək sağlamlığının qorunmasında sağlam həyat tərzinin vacibliyini vurğulayırlar. Çünki bu xəstəliklərin əksəriyyəti həyat tərzi ilə birbaşa əlaqəlidir.


Manset.az-ın məlumatına görə, ürək sağlamlığı üçün əsas tövsiyələr bunlardır:

Balanslı qidalanma: Tərəvəz, meyvə, təbii yağlar və balıq məhsulları qəbul edin. Şəkər, duzdan uzaq durun.

Müntəzəm fiziki aktivlik: Həftədə ən azı 150 dəqiqə orta səviyyəli məşq ürək əzələsini gücləndirir.

Siqaret və alkoqoldan uzaq durun: Siqaret damarları daraldır, spirt isə ürək ritmini poza bilər.

Stressin idarə olunması: Stress qan təzyiqini artırır, meditasiya və nəfəs məşqləri faydalıdır.

Yuxu rejiminə diqqət: Yuxusuzluq ürək-damar problemlərini artırır.

Mütəmadi tibbi nəzarət: Qan təzyiqi, şəkər və xolesterin səviyyəsinin izlənməsi erkən diaqnoz üçün vacibdir.

Ürək tutması əlamətləri isə müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlar:

Sinədə ağrı və narahatlıq

Sol qola, boyuna, çiyinə və ya çənəyə yayılan ağrı

Nəfəsalmada çətinlik

Soyuq tər

Bulantı və başgicəllənmə

Seçilən
0
2
manset.az

3Mənbələr