“Mançester Yunayted”in futbolçusu Brunu Fernandeş karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Hilal” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb. “Əl Hilal” Fernandeşi Klublararası dünya çempionatının startına qədər heyətinə qatmaq istəyir.
ABŞ-də keçiriləcək turnirə iyunun 14-də start veriləcək. Klub növbəti həftə oyunçunun meneceri ilə görüşəcək.
Fernandeş bu mövsüm 52 oyunda 19 qol vurub, 18 məhsuldar ötürmə edib.