AZ

Rednik Azərbaycana qayıdır? - Bu klubla danışıqlar aparır

Tanınmış rumıniyalı mütəxəssis Mirça Rednik Azərbaycana qayıda bilər.

Publika.az xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi, hazırda “UTA Arad”da çalışan Rednik "Prosport.ro"-ya açıqlamasında Premyer Liqa təmsilçisi "Kəpəz"lə danışıqlar apardığını bildirib:

"Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik".

Qeyd edək ki, 63 yaşlı mütəxəssis 2010-2011-ci illərdə “Xəzər Lənkəran"a rəhbərlik edib. Onun dövründə cənub təmsilçisi Azərbaycan çempionatının gümüş medalını qazanıb və ölkə kubokunun qalibi olub.

Seçilən
0
publika.az

1Mənbələr