AZ

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

İnformasiya texnologiyaların sürətli inkişafı insan hüquq vəazadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanlarının,media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarınınqarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyatakeçirilməsini labüd edir. Bu səbəbdən media subyektləri və vətəndaşcəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir,müasir çağırışlara cavab verən tədbirlər keçirilir.

Trend xəbərverir ki, növbəti layihə cari ilin mayın 7-də Baş ProkurorluğunMətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə“İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi iləmedia subyektlərinin qarşılıqlı əlaqələri” mövzusunda baştutub.

Sözügedən tədbirdə televiziya kanallarının, informasiyaagentlikləri və xəbər saytlarının, eləcə də müxtəlif qəzetlərinjurnalist və nümayəndələri, eləcə də hüquq fakültəsində təhsil alantələbələr iştirak edib.

Treninq müxtəlif formatlarda – brifinq, dəyirmi masa və təqdimatşəklində təşkil olunaraq media və prokurorluq orqanları arasındaqarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib.

Təqsirsizlik prezumpsiyasının media materiallarında qorunmasınınəhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları,eləcə də ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyivurğulanıb.

Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektivinformasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi genişşəkildə müzakirə olunub.

Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış“Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı nəşrin təqdimatıkeçirilib.

Kitab jurnalistlərin hüquqi mövzularda daha dəqiq və anlaşılanməlumat verməsinə kömək məqsədi daşıyır.

Sosial media və media savadlılığı mövzusunda keçirilənsessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları vəictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlıpraktiki tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binalarkompleksi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

Qeyd edilən treninq prokurorluq orqanlarında şəffaflığın vəictimaiyyətlə açıq ünsiyyətin gücləndirilməsi istiqamətində həyatakeçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi təşkilolunub.

Baş
Baş
Baş
Baş
Baş
Baş
Baş
Baş
Baş
Baş
Məqalədə:
Seçilən
0
15
az.trend.az

10Mənbələr