Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliyanın “Osasko” klubundan ayrılıb.
Bu barədə məlumatı İdman.biz-ə 35 yaşlı hücumçunun özü verib.
O bildirib ki, karyerasını Yunanıstanda davam etdirəcək. Rəhimova “Panionis” klubu ilə anlaşıb. Voleybolçumuz 2025/2026 mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq.
Bu, Polinanın karyerasında 9-cu ölkə olacaq. Təmsilçimiz bunadək Azərbaycan və Braziliyadan başqa, Cənubi Koreya, Yaponiya, Türkiyə, İtaliya, İndoneziya və Vyetnam klublarında forma geyinib.
Qeyd edək ki, Rəhimova “Osasko” ilə bu mövsümü çempion kimi başa vurub.
Aytac Sahəd
İdman.biz