AZ

Bu tarixdə Vatikanda həyatla əlaqə kəsiləcək: Telefonlar söndürüləcək və...

Vatikan yeni Papanın seçilməsi üçün konklav zamanı telefon rabitəsini kəsəcək. Mayın 7-də saat 15:00-dan etibarən telefon əlaqəsi kəsiləcək və Roma Katolik Kilsəsinin yeni Papasının elanından sonra bərpa olunacaq.

Publika.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, növbəti Papanın seçilməsi üçün son dərəcə məxfi konklavdan əvvəl çərşənbə günü Vatikanda bütün mobil telefon siqnalları söndürüləcək.

Qeyd olunur ki, telefon rabitəsinin kəsilməsi Müqəddəs Pyotr meydanına təsir etməyəcək.

Vatikan Dövlətinin əyalət prezidentinin ofisi bildirib ki, “Vatikan Dövləti ərazisində fəaliyyət göstərən bütün mobil telefon telekommunikasiya sistemləri mayın 7-də saat 15:00-dan etibarən söndürüləcək. Siqnal Ali Papanın seçilməsi elan edildikdən sonra bərpa olunacaq", - bəyanatda deyilir.

Qeyd olunur ki, aprelin 21-də vəfat edən Papa Fransiskin varisinin elanını gözləmək üçün minlərlə dindarın Müqəddəs Pyotr Bazilikasının qarşısındakı meydana toplaşacağı gözlənilir.

Seçilən
0
1
publika.az

2Mənbələr