Fridrix Merts Bundestaqda Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina etməyi qərara alıb.
“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bundestaq bu gün ikinci tur seçkiləri keçirməyəcək.
Xatırladaq ki, Bundestaqın sədri Yuliya Klökner bildirib ki, F.Merts Almaniyanın yeni kansleri seçilmək üçün səsvermənin birinci turunda lazımi mütləq səs çoxluğunu toplaya bilməyib.