AZ

Bakıda və Sumqayıtda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən 3 avtomat silahı, 2 patron darağı və 21 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Seçilən
0
34
avtosfer.az

10Mənbələr