“Birinci hissədə komanda o qədərdə yaxşı deyildi. Amma ikinci yarı ozümüzü toparlaya bildik”
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in hücumçusu Luis Paçu “Neftçi” oyunu (2:2) sonrası deyib. O, daha sonra belə davam edib:
“Hər oyun yaxşı nəticə qazanmaq istəyirik. Ancaq bu, futboldur, həmişə hər şey yaxşı olmur. Azərbaycan Premyer Liqası göründüyü qədər asan deyil. Bütün oyunlar gərgin keçir”.
Paçu gələcək karyerası barədə də söz açıb. Oyunçu “Kəpəz”dən ayrılıb-ayrılmayacağı barədə suala belə cavab verib:
Bu haqda bir söz deyə bilmərərm. Tək düşündüyüm son 3 oyunda “Kəpəz” üçün əlimdən gələni etməkdir. Qarşıda bizi “Sumqayıt”la çətin oyun gözləyir. Hazırda yalnız həmin matçı düşünürəm”.