AZ

Tirajın başlamasına bir dəqiqə qalmış bilet aldı və 43 milyon qazandı

Dağıstanda yaşayan çoxuşaqlı ana “Rapido Ultra” lotereyasında iştirakı sayəsində 43 milyon rubl pul (təxminən 908 min manat - red.) qazanıb.

Herbiand.az bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Dağıstanın kiçik kəndinin sakini Elmira S. tirajın başlamasına bir dəqiqə qalmış lotereya bileti aldığını bildirib: “Rəqəmlərin birləşməsini gördükdən sonra qalib gəlməyəcəyimə əmin idim, lakin bəxt həmin gün mənim tərəfimdə oldu. Əvvəlcə 42 min qazandığımı düşünürdüm, amma 42 milyondan çox oldu! Həyəcandan, hətta telefonumu da kənara qoydum”.

O, etiraf edib ki, nə özü, nə də həyat yoldaşı belə bir xoşbəxtliyə uzun müddət inana bilməyiblər. Onlar qazanılan pula yeni mənzil alacaqlarını bildiriblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr