AZ

Trans-Xəzər marşrutu CAREC regionunun qeyri-enerji ticarətinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir -Yevgeniy Jukov

Milan. Trend:

Trans-Xəzər marşrutu CAREC regionu ölkələrinin həm regiondaxilində, həm də xarici tərəfdaşlarla qeyri-enerji ticarətinintəmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Mərkəzi və Qərbi Asiya üzrə departamentinin baş direktoruYevgeniy Jukov AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən“Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərininpotensialının açılması” forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Trans-Xəzər marşrutu ilə qeyri-enerjiticarətinin cüzi hissəsi gerçəkləşir.

“2023-cü ildə Mərkəzi Asiyanın qeyri-enerji ticarətinin təxminənüçdə biri Avropa, Aralıq dənizi və digər bazarların payına düşür.Onlara çıxış Gürcüstan və Türkiyənin Qara Dəniz limanlarıvasitəsilə həyata keçirilir”, -deyə Jukov bildirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən vəAsiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur. Bu,ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonraXəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropayaçatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən ÇiniAvropa ilə birləşdirən daha uzun dəniz yollarından yan keçən quruyoludur.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr