AZ

“Şamaxı”nın legioneri “Neftçi”yə KEÇİR

“Şamaxı”nın aparıcı oyunçusu Brahim Konate komandadan ayrılır.

Bizim.Media xəbər verir ki, mövsümün əvvəlində bölgə klubuna azad agent kimi gələn Mali əsilli fransalı bitmək üzrə olan müqaviləsini yeniləməyəcək.

Kiprdən bir neçə təklifi olan 29 yaşlı oyunçu Azərbaycanda qala bilər. Əla oyunu ilə qiymətini qaldırmağı bacaran yarımmüdafiəçiyə 3 klubumuz ciddi maraq göstərir. Konate “Şamaxı”da qazandığından 3 dəfə artıq olan təklifləri götür-qoy edir.

Brahim hazırda “Neftçi” ilə fəal danışıq aparır. Paytaxt klubunun ona illik 150 min dollar təklif etdyi deyilir. “Zirə” və “Turan Tovuz” da eyni istəkdədir. Hətta bu kllublar Konateni razı salmaq üçün qiyməti qaldırmağın əleyhinə deyil. Lakin ciddi fərq olmazsa, fransalı məhz “Neftçi” ilə anlaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr