AZ

Rusiya ordusu Kramatorsk şəhərini atəşə tutub

Mayın 6-da səhər saatlarında Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk şəhərini atəşə tutub.

XəzərNews.az xəbər verir ki, bu barədə şəhər Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qonçarenko Facebook səhifəsində məlumat verib.

Ruslar sənaye zonasına yeddi dəfə zərbə endiriblər.

Qonçarenkonun sözlərinə görə, iki nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Xəbər 4 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr