AZ

Bütün dünyada avtomobillər bahalaşacaq Səbəbkar Trampdır

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-də gəmilərə yeni liman vergisinin tətbiqi təkcə Amerikanın avtomobil idxalı bazarına 150 milyard dollar zərər vura bilər. 

“AzPolitika” xəbər verir ki, “Financial Times”-da dərc edilən yazıda belə deyilir.

Qeyd olunur ki, gəmiçilikdə hər nəqliyyat vasitəsinə görə 150 dollar rüsumun tətbiqi "Vaşinqton-Pekin münaqişəsinin girovuna çevrilən" avtomobil daşıyıcıları operatorlarını “vuracaq”.

“Wallenius Wilhelmsenin” logistika şirkətinin rəhbəri Lasse Kristoffers qeyd edib ki, bu xərclər avtomobil istehsalçıları və istehlakçıların üzərinə düşəcək. Yaranan qeyri-müəyyənlik isə artıq istehsal və tədarükləri ləngidir.

Ümumdünya Gəmiçilik Şurasının məlumatına görə, 8000-ə qədər avtomobili daşıyan böyük bir gəminin yola salınması artıq 1,2 milyon dollara başa gələcək.

Oktyabr ayından etibarən Birləşmiş Ştatlar Çin gəmilərindən 2028-ci ilə qədər hər il 140 dollar artırmaqla, xalis registr tonu üçün 50 dollar rüsum yığmağa başlayacaq. Hətta Çində inşa edilən, lakin başqa ölkələrə məxsus gəmilərə də rüsum tətbiq ediləcək - konteyner üçün 250 dollar.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
icma.az

1Mənbələr