Macarıstanın baş naziri Viktor Orban deyib ki, sözlərindən təhdid eşitdiyi üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə konfliktə girmək məcburiyyətində qalıb. Orban hesab edir ki, heç kimin Budapeştə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı hansı qərarı verəcəyini söyləməyə haqqı yoxdur.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, parlamentdə çıxış edən Macarıstanın baş naziri deyib ki, o, Zelenski ilə mübahisədən yayınıb və onun “təxribat xarakterli bəyanatlarına” cavab verməyib. Çünki o, iki ölkə arasındakı münasibətlərdə “hələ də qorunub saxlanıla bilənləri” qoruyub saxlamağa çalışır.
Lakin Zelenski Macarıstanın Ukraynanın Aİ-yə üzvlüklə bağlı referendumunu tənqid etdikdən sonra vəziyyət dəyişib. Ukrayna prezidenti hesab edir ki, Orbanın "təhlükəli işlər görür".
Macarıstanın baş naziri əmindir ki, beynəlxalq siyasətdə bunu ancaq ciddi təhlükə kimi şərh etmək olar: "Mən belə bir addım atmalı və ciddi nəticələrə səbəb ola biləcək açıq münaqişəyə getməli idim, amma bunu öz üzərimə götürürəm. Məsələ burasındadır ki, biz ukraynalılarla aydın danışmalı və onların hərəkətlərinin bizim xeyrimizə olmadığını söyləməliyik."
Martın sonunda Aİ liderlərinin sammitində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək bəyanatını dəstəkləməyən yeganə şəxs Orban olub.