Xəbər verdiyimiz kimi Ermənistanda növbəti dəfə kriminal hadisə üzərindən siyasi qalmaqal yaşanıb. İqtidarla müxalifət arasında gərginliyi yaradan səbəb bu dəfə İrəvan Ağsaqqallar Şurasının müxalifətçi üzvü Gevorq Stepanyana təhdidlərin olması olub. Daha dəqiqi, onun ailəsinə qarşı sui-qəsdin ahzırlanması olub. "Mamul" nəşrinin yaydığı məlumata görə, onun ailəsinə məxsus avtomobil gecə saatlarında yandırılıb.
Yerli media bu qalmaqallı hadisəni geniş şəkildə işıqlandırır, siyasətçilər isə ölkənin 90-cı illər qayıtmasından gileylənirlər. “Ana Ermənistan” alyansının üzvü Derenik Malxasyan "Mamul" nəşrinə açıqlamasında deyib: “Gecə İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Gevorq Stepanyanın ailəsinə məxsus avtomobili yandırıldı. Onlar (iqtidarı nəzərdə tutur-red.) artıq qırmızı xətləri də tanımırlar... Bu isə çox pis nəticəyə gətirib çıxarır”.
Tural