AZ

İri sahibkarlığa kredit – 8,4 milyard manat

Bu ilin mart ayının sonuna ölkəmizdə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 361 milyon manat təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 64 milyon manat və ya 0,8 faiz çoxdur. Belə ki, cari ilin yanvar ayının əvvəlinə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 297 milyon manat olub.

Xatırladaq ki, cari ilin 1 aprel tarixinə olan məlumata görə, Azərbaycanda 867 ədəd iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,5 faiz), “Emal sənayesi” (13,6 faiz), “Tikinti” (13,0 faiz) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,9 faiz) sahələrində yaradılıb.

Seçilən
0
2
xalqqazeti.az

3Mənbələr