AZ

Arda Gülər "Real Madrid"in tarixinə keçdi

BAKI, 6 may. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Gülər İspaniya La Liqasının XXXIV turunda evdə "Selta Viqo"nu 3:2 hesabı ilə məğlub etdikləri oyunda yüksək performans nümayiş etdirib.

Teleqraf "SofaScore"yə istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi "Santyaqo Bernabeu"da təşkil olunan görüşdə 60+ ötürmə cəhdi ilə 100 faiz dəqiqliyə nail olub.

20 yaşlı oyunçu Toni Kroosdan sonra "kral klubu"nun heyətində bu göstəriciyə çatan ilk futbolçu olub.

Ötən mövsümün sonunda karyerasını bitirən Kroos 2016-cı ildə "Valensiya" ilə matçda 80/80 ötürmə ilə bu statistikaya başçılıq edir.

Qeyd edək ki, Arda Gülər "Selta Viqo" ilə matçda baxımlı qola da imza atıb. O, ümumilikdə cari mövsüm ərzində 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr