AZ

"Neftin qiymətinin düşməsi fonunda Putin sülhə meyllənir" - Tramp

 
"Bu müharibədə ölənlərin sayı rəsmi rəqəmləri xeyli üstələyir və biz bunu dayandırmağa sadiqik..."
 
ABŞ prezidenti Donald Tramp bəyab edib ki, həm Rusiya, həm də Ukrayna müharibənin həlli üçün hazırdır və diktator Vladimir Putin neftin ucuzlaşması fonunda, guya, sülhə daha çox meyllənməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
"Məncə, Rusiya, hazırkı neft qiymətlərini nəzərə alsaq, - çünki neftin qiyməti aşağı düşüb, - biz münaqişənin həlli üçün yaxşı mövqedəyik. Onlar Ukraynada müharibənin həllini istəyir. Ukrayna da həllini istəyir", - Tramp deyib.
 
İlin əvvəlindən bəri neftin bir barelinin qiyməti təxminən 15 dollar azalıb. "Reuters"-in məlumatına görə, OPEC+ hasilatı artırmağı planlaşdırır. "Biz uzun yol keçmişik və bəlkə nəsə baş verəcək, ümid edirəm ki, baş verəcək", - Tramp əlavə edib.
 
O, həmçinin Putinin nasist Almaniyasına qarşı qələbənin ildönümü münasibətilə üç günlük atəşkəs təklif etdiyini xatırladıb. "Bildiyiniz kimi, prezident Putin üç günlük atəşkəs elan edib, bu, az kimi səslənə bilər, amma əgər bizim haradan başladığımızı bilsəydiniz, əslində çoxdur. Bu, heç vaxt baş verməməli olan bir müharibədir", - o, deyib.
 
Tramp həmçinin vurğulayıb ki, müharibədə ölənlərin sayı rəsmi rəqəmləri xeyli üstələyir və onun administrasiyası bu münaqişəni - ABŞ ilə Rusiya arasında dolayı qarşıdurma adlandırılan müharibəni dayandırmağa sadiqdir.
 
2022-ci ildə "Şimal axını" qaz kəmərlərində baş vermiş partlayışların araşdırılması ilə bağlı suala cavabında Tramp deyib: "Məncə, çox adam bunun arxasında kimin dayandığını bilir", - o, Moskvaya qarşı şübhələrin əsaslı olub-olmamasına eyham vurub.
 
Amerika mediası partlayışların arxasında Ukraynanın ola biləcəyini yazıb, baxmayaraq ki, Kiyev bunu dəfələrlə inkar edib. Rusiya isə ABŞ və Böyük Britaniyanı ittiham edir, lakin sübut təqdim etməyib.
 
Tramp və Ukrayna
 
Bundan öncə Tramp Rusiya diktatoru Vladimir Putinin 9 may hərbi paradını keçirmək üçün elan etdiyi Ukrayna ilə üç günlük "atəşkəsi" sülhə doğru atılan addım adlandırıb.
 
Eyni zamanda o, Kremlin sülh razılaşmasına doğru hərəkətə hazır olduğunu sübut etmədiyi halda, senator Lindsi Qremin Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini imzalaya biləcəyini də bildirib.
Seçilən
0
moderator.az

1Mənbələr