AZ

Birinci rübdə tikilən evlərin sayı açıqlanıb

2025-ci ilin birinci rübündə ölkədə ümumi sahəsi 751 min kvadrat metr olan 5309 ədəd yaşayış evi tikilib istifadəyə verilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə  2.4 dəfə və ya 3103 ədəd çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilib.

Hesabat dövründə 2277 yerlik 1 ümumi təhsil müəssisəsi istifadəyə verilib.

Hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin sayı 4927 ədəd ( illik müqayisədə 2.5 dəfə çox), bina evlərinin sayı isə 382 ədəd ( illik müqayisədə 1.9 dəfə çox) təşkil edib.

2023-cü il ərzində Azərbaycanda ümumi sahəsi 2 milyon 511 min 217 kvadrat metr olan 22 910 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Aytac

Seçilən
0
2
anews.az

7Mənbələr