AZ

Maştağada qayınata gəlinini öldürübVİDEO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi Nəriman Nərimanov 62 ünvanında qətl hadisəsi baş verib.

“Xəzər Xəbər”in məlumatına görə, qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi məlum deyil. Qətli törətməkdə şübhəli bilinən A.Əliyev isə saxlanılaraq istintaqa cəlb edilib.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
0
xezerxeber.az

1Mənbələr