AZ

"Qarabağ"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki 9 potensial rəqibi bəllidir

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin etmiş “Qarabağ” yeni mövsümdə Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi səpələnməmişlər arasında yer alacaq. 

“Qarabağ”ın 14 potensial rəqibindən 9-u isə artq məlumdur. Bunlar “İnter” (Andorra), “Flora” (Estoniya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus”dur(San-Marino).

Hələ ki Malta, Albaniya və Şimali Makedoniyanın çempionları müəyyənləşməyib. Ermənistanın çempionu da bəlli deyil. Lakin UEFA Azərbaycan və Ermənistan klublarının qarşılaşmasına icazə vermir.

Bundan başqa, dörd klubun səbətləri naməlum olaraq qalır: “Linfild” (Şimali İrlandiya), “Buduçnost” (Monteneqro), Rumıniya və Moldova çempionatlarının qalibləri. Əslində, “Qarabağ" Çempionlar Liqasının seçmə mərhələsinə 2-ci mərhələdən başlamaq şansı var. Buna nail olmaq üçün cari yarışda Çempionlar Liqasını qazanan komandanın ölkə çempionatı vasitəsilə növbəti mövsüm üçün turnirin əsas mərhələsində özünə zəmanət verməsi lazımdır.

Çempionlar Liqasının təsnifat mərhələsinin ilk mərhələsinin püşkatma mərasimi iyunun 17-də, görüşlər isə iyulun 8-9 və 15-16-da keçiriləcək. İkinci turun püşkatma mərasimi iyunun 18-də, qarşılaşmaları isə iyulun 22-23 və 29-30-da baş tutacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
0
2
sportal.az

3Mənbələr