Zonguldakda 92 yaşlı Şerife Ay adlı qadın qəfil başlayan şiddətli qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya çatdırılıb.
Milli.Az xəbər verir ki, xəstəxanada yoxlanışdan sonra Şerife həkimləri belə təəccübləndirən bir diaqnozla üzləşib.
Xəstəxanada aparılan müayinələr zamanı yaşlı qadının mədə və nazik bağırsağında çoxlu sayda xurma və zeytun tumu, eləcə də onların bərkiməsindən yaranmış daş parçaları aşkarlanıb.
63 tum və 5-6 sm ölçüsündə 5 daş həkimləri şoka salıb.
Aparılan təcili əməliyyatla çürümüş və deşilmiş bağırsaq hissələri çıxarılıb, sağlam toxuma ilə birləşdirilib. 2 saatlıq əməliyyatdan və 5 günlük reanimasiya müddətindən sonra Şerife Ay vəziyyəti yaxşılaşıb.
Həkimlərin sözlərinə görə, bu vəziyyət illərlə yığılan və zamanla bərkiyən tumlaırn nəticəsində yaranıb.
Yaşlı qadının sözlərinə görə, o, xurma və zeytunu çox sevdiyi üçün tumlarını udduğunu fərqində olmayıb.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)