AZ

Məşhur aparıcıdan ACI XƏBƏR

Ajans.az xəbər verir ki, bu barədə “The Mirror” yazır. "Xərçəngimin son nöqtəsindəyəm. "Mənim ala biləcəyim başqa müalicə yoxdur", - deyə, Ueyl etiraf edib. 73 yaşlı teleaparıcı daha bir neçə həftə və ya ay yaşamağa ümid etdiyini bildirib. Teleulduza ilk dəfə xərçəng xəstəliyinə 2000-ci ildə diaqnoz qoyulub, bu zaman 1 böyrəyi götürülüb. 2020-ci ildə Ueyl xərçəngin aqressiv formada qayıtdığını və onun qalan böyrəyinə, beyninə, ağciyərlərinə və onurğasına təsir etdiyini açıqlayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
Ajans.az

1Mənbələr