Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
50 yaşını qeyd edən keçmiş futbolçu Devid Bekhem qonşuılarının etirazına səbə olub.
BAKU.WS xəbər verir ki, Qay Riçi, Eva Lonqoriya və Qordon Ramzi kimi məşhurların yer aldığı qonaqlıqdakı səs küy qonşuları narahat edib.

İki bələdiyyə nümayəndəsinin qonaqlığa gəlməsi ilə ad günü ziyafəti bitib.
"The Sun" nəşrinin yaydığı məlumata əsasən gecə saatlarında musiqi səsi daha yüksəlib. Bundan narahat olan qonşular pəncərələrə və qapılara çıxaraq buna etiraz ediblər. Edilən xəbərdarlıqdan sonra musiqi tamamilə söndürülüb.

Kensinqton və Çelsi bələdiyyəsi Bekhemlərə musiqi səsinə görə xəbərdarlıq etmələri məlumatını təsdiqləyiblər.

Ad günündə Devidin 26 yaşlı oğlu Bruklinlə həyat yoldaşı Nikola Peltz yer almayıb. Buna səbəb Bekhemlərin gəlini Peltzlə aralarında yaşadıqları gərginlik olub.

İddialara görə, Tom Cruzla yeni sevgilisi Ana de Armas da qonaqlar arasında olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.