Milan. Trend:
Son xarici sarsıntılar Orta dəhlizin strateji əhəmiyyətiniartırıb.
Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnminYan AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən “Trans-Xəzərəlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərinin potensialınınaçılması” forumunda çıxışı zaman bildirib.
“Əlaqəlilik regionun dayanıqlı iqtisadi inkişafı və qlobalbazarlara inteqrasiyası üçün açar rolunu oynayır. Son zamanlarpandemiya, geosiyasi gərginlik və logistika böhranı da daxilolmaqla xarici şoklar ənənəvi ticarət marşrutlarının işini ciddişəkildə pozub. Bu hadisələr Avropa ilə Asiyanı birləşdirən yaşayışqabiliyyətli alternativ kimi Orta Dəhlizin strateji əhəmiyyətini önplana çıxardı”, – deyə o bildirib.
Yan vurğulayıb ki, hazırda dəhliz öz potensialından xeyli aşağısəviyyədə fəaliyyət göstərir – onun vasitəsilə enerji ilə bağlıolmayan ticarətin təxminən cəmi 10 faizi həyata keçirilir.
“Bu dəhlizlərin potensialını tam şəkildə reallaşdırmaq üçünregional əməkdaşlığın kömək edə biləcəyi üç istiqaməti qeyd etməkistərdim. Birincisi, infrastrukturun müasirləşdirilməsinə yönəlikəlaqələndirilmiş investisiyalar vacibdir. Dəmir yolu şəbəkələri,liman gücləri və ‘yaşıl’ enerji sistemlərinə strateji sərmayələrhəlledici önəm daşıyır. Bu investisiyalar regional siyasətləuzlaşdırılmalı və vahid texniki standartlara əsaslanmalıdır”, –deyə o qeyd edib.
AİB vitse-prezidentinin sözlərinə görə, ikinci istiqamət dəmiryolu və liman infrastrukturu operatorları arasında koordinasiyanınyaxşılaşdırılması, müştəri prosedurlarının sadələşdirilməsi,rəqəmsal sistemlərin müasirləşdirilməsi və texniki dar boğazlarınaradan qaldırılmasıdır – bütün bunlar CAREC 2 dəhlizinin rəqabətqabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
“Ticarət proseslərinin tam rəqəmsallaşdırılması həm xərclərin,həm də karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasınasəbəb ola bilər”, – deyə o əlavə edib.
“Üçüncüsü, regional layihələrin maliyyələşdirilməsinə sərmayəcəlb etmək üçün innovativ yanaşmalar tələb olunur. Bu cürlayihələrin hazırlanması üçün maliyyə çatışmazlığını aradanqaldırmaq məqsədilə ötən ilin noyabrında AİB CAREC-in İqlim vəDavamlı Layihələrin Hazırlığı Fondunu təsis edib. Çin XalqRespublikası və Avstraliya tərəfindən ilkin olaraq 5 milyon ABŞdolları məbləğində maliyyələşdirilən fond davamlılıq vəuyğunlaşmaya yönəlmiş əsas regional təşəbbüslərin hazırlanmasınıdəstəkləyəcək”, – deyə Yan yekunlaşdırıb.