AZ

Klublararası dünya çempionatında sonuncu yerin taleyi bu gün həll olunacaq

İdman Arbitraj Məhkəməsi (CAS) bu gün, mayın 6-da Meksikanın "Leon" klubunun klublararası dünya çempionatında iştirakı ilə bağlı hökm çıxaracaq.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

FİFA klubun sahibi ilə problemə görə "Leon"u bu ilin martında turnirdən kənarlaşdırıb. Beynəlxalq futbol qurumu vakant yeri kimin tutacağını müəyyən etmək üçün variant hazırlayıb: Meksikanın digər təmsilçisi "Amerika" ilə Amerikanın "Los Anceles" komandaları arasında bir oyunluq pley-off təşkili planlaşdırılır.

Eyni zamanda, "Leon" Beynəlxalq Futbol Federasiyasının qərarından apellyasiya şikayəti verib. Klublararası dünya çempionatında kimin iştirak edəcəyini isə məhz CAS qərarı müəyyən edəcək.

Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-ın 11 şəhərində keçiriləcək.

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr