AZ

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların üzrə AliKomissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəliyi fəaliyyətinidayandırır.

Bu barədə BMT QAKdan Trend-ə verilən məlumata görə, bu haqda nümayəndəliyəAzərbaycan hökumətindən rəsmi bildiriş daxil olub.

“Birləşmiş Millətlər Təşkilatının Sistemi Azərbaycan hökuməti vəxalqı ilə 33 illik tərəfdaşlığı yüksək qiymətləndirir. Bu müddətərzində BMT inkişaf sahəsində əsas hədəflərə çatmaqda Azərbaycanadəstək göstərib.

BMT olaraq səylərimizin bundan sonra da milli prioritetlərəuyğun gəlməsi və 2030-cu ilə qədər olan dövr ərzində dayanıqlıinkişafla bağlı Gündəliyinin həyata keçirilməsinə vasitəçiliketməsi üçün Azərbaycan hökuməti, eləcə də digər üzv-dövlətlərləaktiv dialoqu davam etdirir”, - BMT QAK nümayəndəsi bildirib.

Qeyd edək ki, mayın 2-də BMT-nin İnkişaf Proqramı (BMT İP) daAzərbaycandakı ofisinin bağlanmasını təsdiqləyib.

Xatırladaq ki, martın 3-də xarici işlər naziri Ceyhun BayramovBMT-nin İnkişaf üzrə Koordinasiya İdarəsinin Avropa və MərkəziAsiya üzrə regional direktoru Gvi-Eop Son ilə görüşündə bundansonra Azərbaycanın bəzi BMT qurumları ilə əməkdaşlığın onların başqərargahları səviyyəsində həyata keçiriləcəyini bildirmişdi.

Azərbaycanın yardım alan ölkədən qlobal gündəliyə töhfə verənbir dövlətə çevrildiyi nəzərə alınaraq vurğulanıb ki, BMT-ninYaşayış Məskənləri Proqramı, Ətraf Mühit Proqramı, İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər müvafiqqurumlarla əməkdaşlıq prioritet olaraq qalır və bu strukturlarlagələcək əməkdaşlıq onların baş qərargahları səviyyəsində davametdiriləcək.

Seçilən
0
az.trend.az

1Mənbələr