Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İnter" Çempionlar Liqasında bu gün "Barselona"ya qarşı keçirəcəyi yarımfinal oyunundan əvvəl itki ilə üzləşib.
Oxu.Az xəbər verir ki, "neradzurra"nın müdafiəçisi Benjamen Pavar sıradan çıxıb.
O, "Barselona" ilə oyundan əvvəl son məşqdə zədə alıb. Futbolçu bu səbəbdən yarımfinalın cavab matçını buraxmalı olacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" oyunu saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb - 3:3.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.