AZ

“İran Ermənistanla  Azərbaycan arasında sülhün tərəfdarıdır”- Səid Xətibzadə

Bu gün İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Bakıda keçirilən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin iclasında çıxış edib. 

Sitat.info İSNA-ya istinadən xəbər verir ki, o, Bakı ilə İrəvan arasında sülh müqaviləsini dəstəklədiyini deyib. 

“İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini dəstəkləyir. Bu amilin İran və Azərbaycan prezidentlərinin təşəbbüsü əsasında reallaşması mümkündür. İnanıram ki, bu məsələ hər iki tərəfin münasibətlərində öz əksini tapacaq”.

Xətibzadə Azərbaycanın İrandakı səfirliyinə hücum edən cinayətkarın hökmünün icrasının yubadılması ilə bağlı da danışıb:“İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır”.

Aytac,

Sitat.info 

Seçilən
0
1
sitat.info

2Mənbələr