BAKI, 6 may. TELEQRAF
Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi prosesi davam edir. Belə ki, aprel ayında 444 ailə (1697 nəfər) öz doğma yurdunda məskunlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, köçürülən ailələr Ağdərə (Həsənriz, Suqovuşan), Xocalı şəhəri (Ballıca), Ağdam (Sarıcalı) bölgələrində yerləşdiriliblər.