Rusiya yığması Braziliya ilə yoldaşlıq oyununda üz-üzə gələ bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə təklif Braziliya Futbol Konfederasiyasından gəlib. Matçın oktyabr ya da noyabr ayında baş tutacağı gözlənilir.

Qeyd edək ki, 2022-ci ildə Ukrayna ilə müharibə başlayandan bəri Rusiya milli komandası beynəlxalq turnirlərdən uzaqlaşdırılıb. Onlar yalnız yoldaşlıq görüşlərində güclərini sınaya bilir.