AZ

Premyer Liqanın ulduzu bu idman növünü də fəth etdi: Çempion oldu

İngiltərə millisinin yarımmüdafiəçisi Ebereçi Eze futbol xaricində bir çox hobbilərə sahibdir və onlardan biri də şahmatdır.

Publika.az xəbər verir ki, "Kristal Pelas"ın ulduzu keçən həftə "Chess.com" onlayn platformasında təşkil edilən "PogChamps 6" turnirində iştirak edib. 26 yaşlı futbolçu onlayn turnirin qalibi olub.

Eze 20 min dollar mükafat qazanıb. Eyni zamanda "PogChamps"in altıncı çempionu kimi tarixə düşüb.

Şahmatla yanaşı, Eze "Kristal Pelas"da da əla formadadır. Onun inamlı oyunu klubu uzun müddətdən sonra İngiltərə Kubokunun finalına daşıyıb. London təmsilçisi hələ heç vaxt böyük titul qazanmayıb və indi tarix yazmağın bir addımlığındadır.

Qeyd edək ki, Eze döyüş idman növlərinin həvəskarı kimi də tanınır. Bundan əlavə, onun uşaqlar üçün yaratdığı və öz adını daşıyan fondu da var.

Heybət

undefined

Seçilən
0
publika.az

1Mənbələr