AZ

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 5309 yaşayış evi tikilib istifadəyə verilib

Finss.az - 2025-ci ilin ilk üç ayında Azərbaycanda ümumi sahəsi 751 min kvadrat metr olan 5309 ədəd yaşayış evi tikilib və istifadəyə verilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 2.4 dəfə artaraq 3103 ədəd çoxalıb. 2024-cü ilin eyni dövründə isə ümumi sahəsi 316 min 516 kvadrat metr olan 2206 ədəd yaşayış evi istifadəyə verilmişdi.

Hesabat dövründə həmçinin 2277 yerlik bir ümumi təhsil müəssisəsinin də istifadəyə verildiyi bildirilir.

Tikilən evlərin tipləri arasında fərdi yaşayış evləri üstünlük təşkil edir. Belə ki, 4927 ədəd fərdi yaşayış evi (illik müqayisədə 2.5 dəfə çox), 382 ədəd isə bina evləri (illik müqayisədə 1.9 dəfə çox) tikilib.

Mənzillərin tikilməsində iştirak edən tərəflər arasında əhalinin payı 4927 ədəd evlə ən böyük yerə sahib olub, 313 ədəd ev qeyri-dövlət müəssisələri tərəfindən, 69 ədəd ev isə dövlət müəssisələri tərəfindən tikilib istifadəyə verilib.

 

Seçilən
0
1
fins.az

7Mənbələr