AZ

Millət vəkilimizin səfərinə bu cür reaksiyanın verilməsi qeyri-dost addımıdır – ŞƏRH

Rusiya tərəfinin millət vəkili Azər Badamovu Moskva aeroportundan Həştərxana buraxmaması və deport etməsi, əlbəttə ki, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə uyğun deyil. Son dövrlərdə iki ölkə arasındakı münasibətlərdə ticari, iqtisadi mənada müəyyən müzakirələrin aparıldığı, Rusiya Patriarxının Bakıya səfər etdiyi bir ərəfədə Azərbaycanın tanınmış millət vəkilinin, ziyalısının Moskva aeroportunda deport edilmə qərarının verilməsi həm Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, həm də eyni zamanda Rusiyanın özünün test-tez açıqladığı Azərbaycanla dostluq münasibətlərinə uyğun gəlmir.

Bu fikirirləri Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması və deport edilməsini şərh edən politoloq Tural İsmayılov İnterpress.az-a açıqlamasında səsləndirib.

T.İsmayılov millət vəkilimizin səfərinə bu cür reaksiyanın verilməsini “qeyri-dost addımı” adlandırıb.

“Rusiya tərəfinin millət vəkili Azər Badamovu Moskva aeroportundan Həştərxana buraxmaması və deport etməsi, əlbəttə ki, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə uyğun deyil.

Son dövrlərdə iki ölkə arasındakı münasibətlərdə ticari, iqtisadi mənada müəyyən müzakirələrin aparıldığı, Rusiya Patriarxının Bakıya səfər etdiyi bir ərəfədə Azərbaycanın tanınmış millət vəkilinin, ziyalısının Moskva aeroportunda deport edilmə qərarının verilməsi həm Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, həm də eyni zamanda Rusiyanın özünün test-tez açıqladığı Azərbaycanla dostluq münasibətlərinə uyğun gəlmir.

Ümumiyyətlə, hansısa bir şəxsin ölkəyə girişi istənilmirsə, bununla bağlı daha əvvəldən mütləq şəkildə məlumat verilir. Amma Rusiyanın indiyə qədər belə bir məlumat verməməsi və səfər ərəfəsində Azər Badamovun Moskva aeroportunda bu vəziyyəti, situasiyanı öyrənməsi yanlış bir addımdır.

Azərbaycan-Rusiya münasibətlərinin tendensiyalarına baxmayaraq, bu gün Rusiyada Konstantin Zatulin, Nikolay Valuyev kimiləri, Margarita Simonyanlar, Tigran Keosayanlar Azərbaycan əleyhinə verdikləri açıqlamalarla çox ciddi şəkildə suallar yaradır.

Rusiya ərazisindən özlərinə deputat, jurnalist, iştimai xadim və s. adlar verib, Azərbaycan əleyhinə açıqlama verən adamların fonunda bir də bir millət vəkilimizin səfərinə bu cür reaksiyanın verilməsi qeyri-dost addımıdır və gözlənti də ondan ibarətdir ki, ən qısa zamanda Rusiya bu addımla bağlı Azərbaycana normal şəkildə izahat versin”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
1
interpress.az

2Mənbələr