AZ

Avtobus dayanacaqlarında “Covid” hələ də “yaşayır” AYNA nınsa başı cərimə yığmağa qarışıb (FOTO)

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Bütün dünya üçün “Covid-19” geridə qalsa da, tarixə dönsə də, Azərbaycanda hələ də “yaşayır”.

Ölkənin sərhədlərinin “Covid” bəhanəsilə bağlı saxlanması bir yana, paytaxt Bakıda da sanki bu epidemiyanın yaşadığını, ciddi şəkildə yayıldığını göstərən reklamlar qalmaqdadır. Xüsusilə də avtobus dayanacaqlarında rast gəlidiyimiz bu reklamlarda hətta əhalidən vacib olmadığı halda evdən çölə çıxmaması tələb olunur...

Aşağıdakı foto Qaraçuxur qəsəbəsindəki dayanacaqlardan birinə aiddir. Belə dayanacaqlar kifayət qədərdir. Bundan öncə sosial şəbəkələrdə bəzi marşrut avtobuslarının da üzərində “Covid” xəbərdarlığı olan reklamların qaldığı barədə məlumat və fotolar yayımlanmışdı.

Belə görünür ki, başı mənasız, yersiz, şişirdilmiş, bəzənsə qanunsuz cərimələr toplamağa, vətəndaşın cibinə girməyə qarışan AYNA-nın dayanacaqlardakı reklamlarla məşğul olmağa vaxtı yoxdur. Avtobus dayanacaqlarındakı bu “Covid” xəbərdarlığının onsuz da stresli, gərgin, sosial problemlərlə dolu həyat yaşayan sıravi vətəndaşın əhvalına necə təsir göstərdiyi isə təbii ki, heç kimə maraqlı deyil...

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr