BAKI, 6 may. TELEQRAF
"Müayinə və müalicə üçün Ankaraya gəlmişəm".
Bunu Teleqraf-a açıqlamasında xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallı deyib.
"Mayın 3-dən Türkiyədəyəm. Hazırda həkimlərlə görüşürük. İlkin mərhələ üçün analizlər veririk. Analizlərin cavabından sonra hansı xəstəxanada müəlicəyə başlayacağım müəyyənləşəcək. Hələ ki uzun müddət burada qalacam", - deyə Ə.Zeynallı bildirib.
Jurnalist onu da vurğulayıb ki, analizlərin nəticəsindən sonra xəstəliklə mübarizədə dəstək üçün xalq müraciət edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il azadlıqdan mərhum olunmuş Əvəz Zeynallı bu il aprelin 25-də xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad edilib.
Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir.