"Biz onun topu almasına imkan verməməyə çalışmalıyıq, amma bu mümkün deyil".

Offsideplus.az xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Simone İnzaqi deyib. O, Yamalı dayandırmaq üçün 

"Aydındır ki, o, iki oyunçu ilə izlənəcək, yaxından izləniləcək bir oyunçu olacaq və biz ona diqqət yetirməyə çalışacağıq.

O, böyük istedaddır. Yamal həqiqətən də təhlükəlidir. Onun sürətli düşünməsi məni heyran etdi, həmişə nə edəcəyini bilir".

Əlavə edək ki, "İnter"lə "Barselona" arasındakı cavab matçı bu axşam keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.