Röyanın mahnısının faciəvi taleyi - Yataqda çürüyən rəssam qız və onu atıb gedən oğlan...
Rəssam Azadə Azadı tanıyan hər kəs- tələbə yoldaşları, müəllimləri onun necə mehriban, xeyirxah, qayğıkeş, gözəl qəlbli və istedadlı olmasından indi də ağız dolusu bəhs edir. O, məhz bu xüsusiyyətlərinə görə böyük bir rəğbət qazanmışdı. Kiçik ömrünə olduqca əhatəli və hərtərəfli yaradıcılıq uğurları sığdırdı bu gənc qız.
Qlobal.net bildirir ki, ömür vəfa edib tale aman versəydi əgər uğurlu bir sənətşünas olacaqdı.
Qlobal.net bildirir ki, ömür vəfa edib tale aman versəydi əgər uğurlu bir sənətşünas olacaqdı.
O, Gənc yaşında ağır xəstəliyə tutulur.
Röya müsahibələrindən birində bu haqda belə deyir:
"Bir rəssam qızın çox sevdiyi nişanlısı ilə münasibəti qəfil bitir. Toya 1 ay qalmış oğlan sadəcə itir, səbəbsiz-filansız. Qız aylarla soruşur axtarır, daha sonra aydın olur ki, oğlan tərəfindən təşkil edilən hər şey saxta və qurma imiş. Hətta elçilik də. Qızı yalan xəyallarla aldadıbmış. Qız çarəsiz xəstəliyə tutulur, əlac tapılmır. Yataq xəstəsi olan rəssam qız bütün günü Röyanın "Qovuşmaz yolumuz" mahnısına qulaq asır. Valideynləri deyir ki, qızın bədəni çürüməyə başlayır. Bütün dərisi yataqda qalır. Dünyasını dəyişəndə başının altından məktub tapılır. Məktubda olub keçənləri yazır, buna dözə bilməyəcəyini qeyd edir. Yazdığı sözlərə mahnı bəstələnməyi və tək arzusu kimi bunu Royanın oxumağını istədiyini deyir. "Gedirəm, Əlvida" mahnısı o cür yaranır".


OXU: Azadə Azad kimdir?