BAKI, 6 may. TELEQRAF
Hindistan Hərbi Dəniz Qüvvələri çoxməqsədli sualtı dəniz minasını sınaqdan keçirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Hindistan Hərbi Dəniz Qüvvələri sualtı gəmilərə qarşı mübarizə məqsədilə Hindistan tərəfindən hazırlanmış ən müasir sualtı dəniz minasını uğurla sınaqdan keçirib”, - nazirlik bildirib.
Hindistanın hərbi qurumu vurğulayıb ki, mina istismara hazırdır.
Xatırladaq ki, Cəmmu və Kəşmirdə Pakistanla gərginliyin artması fonunda Dehli dənizdə, havada və quruda bir sıra hərbi sınaqlar həyata keçirib. Pakistan da son iki gündə iki yeni ballistik raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.