AZ

Tramp Rusiya həbsxanasından azad edilən Karelina ilə görüşüb

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Rusiya və Amerika vətəndaşlığı olan balerina Kseniya Karelinanı qəbul edib. O, aprel ayında Vaşinqtonla məhbus mübadiləsi çərçivəsində Moskva tərəfindən azad edilib.

“İki sahil” xəbər verir ki,  Ağ Evin mətbuat xidməti X sosial media hesabında görüşdən foto və videoları dərc edib. Karelina mübadilənin təşkilinə görə Amerika Prezidentinə təşəkkür edib.

2024-cü ilin avqustunda Kseniya Karelina dövlətə xəyanət maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Müstəntiqlərin fikrincə, o, 2022-ci ildən Rusiyadan kənarda olarkən Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün Ukrayna fondlarından birinə pul köçürüb. 10 aprel 2025-ci ildə Abu Dabidə Karelina Almaniya və Rusiya vətəndaşı Artur Petrova dəyişdirilib.

Seçilən
0
ikisahil.az

1Mənbələr