AZ

Yeni Zelandiyada 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağan ediləcək

ain.az, Ayna portalına istinadən məlumat verir.

Baş nazir: "Biz uşaqlarımızı sosial medianın zərərli təsirlərindən qorumaq istəyirik”

Yeni Zelandiya hökuməti 16 yaşdan aşağı istifadəçilər üçün sosial medianın qadağan edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson bildirib.

"Biz uşaqlarımızı sosial medianın zərərli təsirlərindən qorumaq istəyirik. Məhz buna görə də bu gün biz 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təqdim etdik", - Lakson “X” platformasındakı səhifəsində yazıb.

Parlamentə təqdim olunan layihəyə görə, sosial media istifadəçilərinin yaşını məhdudlaşdıran qanun layihəsi “uşaq və gəncləri zorakılıqdan, qadağan olunmuş məzmundan və asılılıqdan qorumaq” məqsədi daşıyır.

Həmçinin sosial şəbəkələrə daxil olmamışdan əvvəl istifadəçilərin yaşının yoxlanılması yükünün platforma administrasiyasının üzərinə düşəcəyi, bu öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsinin cərimə və təqiblərlə nəticələnəcəyi də nəzərdə tutulub.

Qanun ölkə parlamenti tərəfindən qəbul edilərsə, onun icrasına nəzarət nazirliklərdən birinə tapşırılacaq ki, o da 3 ildən sonra onun effektivliyi ilə bağlı audit yoxlaması aparmalı olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

3Mənbələr