2025-ci ilin yanvar-mart ayları ərzindəAzərbaycanda ümumi sahəsi 751 min kvadrat metr olan 5309 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 2.4 dəfə və ya 3103 ədəd artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 316 min 516kvadrat metr olan 2206 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Eyni zamanda hesabat dövründə 2277 yerlik 1ümumi təhsil müəssisəsi istifadəyə verilib.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin sayı 4927 ədəd ( illik müqayisədə 2.5 dəfə çox), bina evlərinin sayı isə 382 ədəd ( illik müqayisədə 1.9 dəfə çox) təşkil edib.
Xatırladaq ki, bu mənzillərin 4927 ədədi əhali tərəfindən, 313 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 69 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.